Preloader image
İÇİNDEKİLER

Gulam Hüseyin Saidi

Tebriz'de başlayan, sürgünde son bulan, öykülere adanmış bir ömür...

Gulam Hüseyin Saidi

Hekayə yazarı, dramaturq, senarist, (Ləqəbi Gohər Morad)

 

1936-cı ildə Təbriz şəhərində anadan olub, 1985-ci ildə Parisdə dünyadan gedib.

 

Bir yoxsul ailədə yaşayırmış. Orta məktəbdə oxuyanda “Ayaqdan düşməyən” adlı uzun bir hekayə yazıb ki, “Barış gövərçini” adlı dərgidə çap olunub.

 

Yeniyetməlikdə gənclərin təriqətçı təşkilatına goşulub, 17 yaşında “Fəryad Məsud” və “Azərbaycanın gəncləri” gündəliklərini nəşr eləməyə başlayıb. 18 yaşında mədəni təriqətlə əməkdaşlıqda ittiham olunaraq Təbrizdə həbs olunub.

 

Belə söyləyirlər ki, Ğulamhüseyn Saidi klinikasında – ki, Tehranın Delgoşa xiyabanındaymış – çox zamanlar xəstələrindan pul almırmış. Saidinin teatr ssenarilərı ən yaxşı ssenarilərdəndi. Saidi, Bəhram Beyzayi, Əkbır Radi, Rəhim Xiyavi Iranın o zamankı teatrında dəyişiklik yaratmışdılar.

 

1967-ci ildə İranın yazıçılar Mərkəzinin əsas təsisçilərindən olub. Hekayə və ssenari yazmaqdan başqa “Kitab tənqidi” və “Əlifba” dərgilərinin redaktoru idi. 1974-cü ildə SAVAK onu həbs eləyib. Həbsxanadan çıxandan sonra 1978-ci ildə Amerikanın qələm icmasının dəvətilə ora gedib və İran inqilabından sonra Iranı tərk eləyərək Fransaya köçüb.

 

Gohər Morad ləqəbi barəsində deyir: “Təbrizdəki evimizin dalında tərk olunmuş məzarlıq var idi və mən gün olurdu ki, saatlarla orda addımlayırdım. Bir gün gözüm bir qızın türbəsinə sataşdı ki, adı Gohər-Morad idi. Çox gənc dünyanı tərk etmişdi. Orda qərarım oldu ki, bu addan öz ləqəbim üçün istifadə eləyim.”

 

Üç parlaq və gözəl film Saidinin ssenarisi əsasında çəkilib ki, Iranın ən güclü filmlərindən sayılırlar: Dariyuş Mehrcuyinin “Inək” və “Dayereye mina” filmləri və Nasir Təqvayinin “Başqaların kənarında aramış” filmi. Sosial və tənqidi baxış, dramatık və güclü ssenari bu filmləri yaddaşlarda saxlayıb.

 

Kitabları Hekayələrı:

“Rey şəhərinin evləri”, “Əzadarane bəyəl”, “Türbə və beşik”, “Qorxu və titri”, “Məqtəl”, “Gülən tatar”, “Qəribə şəhərdə”, “Pəncənin yeri havada” vəs…

 

Film ssenarilərı:

“Həyasızlıq mövsümü”, “Biz eşitmirik”, “Inək”, “Dayereye mina” vəs… Teatr ssenariləri: “Zəhak”, “Qurdlar”, “Ilan məbəddə”, “Börklü ay, börksüz ay”, “Vərzilin əllərində ağac olanları” vəs …

 

Dipçe:

İran’da yaşayan yazıcılar hakkındaki bu bilgiler genç kuşak aydınlardan Leila Norouzi tarafından derlenerek yazıldı.

 

Türk dilinin baylığını bilmenin, ondan en iyi oranda yararlanmanın yolunun Türk topluluklarının birbirinin söyleyiş ve yazış biçimlerini tanımalarından geçtiğini düşünüyoruz.

 

Türkiye Türkçesiyle benzerliklerin ve ayrılıkların incelenmesine olanak sağlamak üzere Leila Norouzi’nin bu kısa tanıtım yazılarını, olduğu gibi, Azerbaycan Türkçesindeki yazım biçimiyle yayınlıyoruz.

Leila Norouzi

leila.norouzi@edekitap.com

Yazar - Yönetmen

Okur Görüşlerine Açık Sayfa

Yorumlayınız